Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukrayna
münaqişəsinin diplomatik metodlarla nizamlanmasına üstünlük
verir.
Trend xarici KİV-ə
istinadla xəbər verir ki, belə bir bəyanatla ABŞ vitse-prezidenti
Cey Di Vens çıxış edib.
“Prezident hər dəfə Rusiya və ya Ukrayna tərəfi ilə danışanda
şüarlardan və klişelərdən qaçır, məsələnin mahiyyətinə diqqət
yetirir”,- o bildirib.
Amerikalı vitse-prezident etiraf edib ki, Trampın münaqişənin
tezliklə başa çatacağına dair ilkin gözləntilərinə baxmayaraq,
Ukrayna böhranı “nizamlanması baxımından ən çətin” məsələyə
dönüb.

