Azərbaycan Standartlaşdırma İnstitutu auditor seçib

Baş səhifə
Azərbaycan Standartlaşdırma İnstitutu auditor seçib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 2024-cü ilin mənfəət bəyannaməsi üzrə audit yoxlaması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Hesabat” MMC-dir.

Qalib şirkətə 1 200 manat ödəniləcək.

Ötən il bu tenderin qalibi “Azəruçot” MMC olub. Şirkətə 3 000 manat ödənilib.