Manatın nominal və real effektiv məzənnəsi illik ifadədə azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara
nisbətən ümumi nominal effektiv məzənnəsi 102,6 faiz bəndi təşkil
edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu, aylıq müqayisədə 0,1 faiz bəndi, ötən ilin
eyni dövrü ilə müqayisədə isə 0,9 faiz bəndi azdır.




Eyni zamanda, cari ilin oktyabrın 1-nə manatın qeyri-neft
sektoru üzrə nominal efektiv məzənnəsi isə 175,3 faiz bəndi təşkil
edib ki, bu da aylıq müqayisədə 1,1 faiz bəndi, ötən ilin eyni
dövrü ilə müqayisədə isə 1,9 faiz bəndi çoxdur.

Bundan başqa, 2025-ci ilin oktyabrın 1-nə manatın ümumi real
effektiv məzənnəsi 115,2 faiz bəndi təşkil edib. Bu, aylıq
müqayisədə 0,5 faiz bəndi çox, illik müqayisədə isə 3 faiz bəndi
azdır.

Həmçinin hesabat dövründə manatın qeyri-neft sektoru üzrə real
effektiv məzənnəsi 112,6 faiz bəndinə bərabər olub ki, bu da aylıq
ifadədə 1 faiz bəndi artıb, illik ifadədə isə 2,3 faiz bəndi
azalıb.