Ağdərənin Həsənriz kəndinin 84 yaşlı sakin doğma yurda qayıtdığı üçün sevindiyini bildirib.
“Report”un Ağdərəyə ezam olunan əməkdaşına açıqlama verən rayonun Həsənriz kəndinə qayıdan Lalə Mirzəyeva müharibədə həyat yoldaşı və oğlunun şəhid olduğunu deyib.
O, ömrünün qürubunda kəndə qayıtmağın sevincini yaşadığını söyləyib:
“84 yaşım var, beş oğlum, dörd qızım olub. Oğullarımdan biri – 1973-cü il təvəllüdlü Nüsrət Mirzəyev 1992-ci ilin yanvarında Həsənrizin müdafiəsi zamanı, iki ay sonra isə həyat yoldaşım Mahmud Mirzəyev Kəlbəcərin Ağdaban kəndi uğrunda gedən döyüşlərdə şəhid oldu. Ömrümün sonlarında doğma yurduma qayıtdığıma görə çox sevinirəm. Bu yaşımda şəhidlərimin məzarını rahat ziyarət edə biləcəyəm”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

