
Bakı.Trend:
Azərbaycan Milli Elmlər Akademiyasında araşdırmalar
aparılır.
Trend-in əldə
etdiyi məlumata əsasən, araşdırma AMEA prezidenti İsa Həbibbəylinin
rəhbərlik etdiyi dövrü, həmçinin, öncəki rəhbərlər Ramiz Mehdiyev
və Akif Əlizadə-nin fəaliyyət illərini əhatə edir.
Araşdırmanın Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə
Baş İdarəsi tərəfindən aparıldığı qeyd edilir.
İstintaq AMEA-da mənimsəmə və sui-istifadə hallarının
olub-olmamasını araşdırır.


