Bakı. Trend:
Rusiyanın Kamçatka bölgəsində güclü zəlzələ olub.
Trend-in xəbərinə
görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında
məlumat verilib.
Zəlzələnin 4.8 bal gücündə olduğu bildirilir. Bölgədə yeraltı
təkanlar Bakı vaxtı ilə 06:17-də qeydə alınıb.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 148 kilometr
cənub-şərqdə yerləşib, yeraltı ocağı isə 40 kilometr dərinlikdə
olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

