
Bakı.Trend:
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının
əməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə
müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin
qarşısı alınıb.
Trend xəbər
verir ki, bu barədə ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məhkuma həyat yoldaşı tərəfindən göndərilmiş
bağlamaya baxış keçirilən zaman gödəkçənin cibində gizlədilmiş
bükülülərdə 1,860 qram heroin və 0,498 qram metamfetamin aşkar
olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında
saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya
ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha
vətəndaşların diqqətinə çatdırılır.


