Beton qarışdıran maşın dərəyə aşdı – Sürücü öldü

Baş səhifə

Ağdərə. Trend:

Ağdərədə beton qarışdıran maşın dərəyə aşması nəticəsində sürücü
ölüb.

Trend-in
Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, hadisə rayonun Çıldıran
kəndində baş verib.




Bərdə rayon sakini 1968-ci il təvəllüdlü Qocamanov Hafiz idarə
etdiyi “HOWO” markalı beton qarışdıran avtomobillə hərəkətdə
olarkən idarəetməni itirib. Nəticədə avtomobil dərəyə aşıb, sürücü
H.Qocamanov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.