Şamaxının Baş planı hazırlanacaq

Baş səhifə

Bakı. Trend:

Şamaxı şəhərinin Baş planının hazırlanmasına başlanılır.

Trend-in
məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi artıq
bununla bağlı müvafiq işlərə start verib.

Belə ki, komitə hazırda şəhərin baş planının hazırlanması üzrə
tender elan edib.




Bildirilib ki, təchizatçılar təklifləri təqdim etmək üçün
istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Xüsusi vurğulanıb
ki, təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş
tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri
qaytarılmır.

“Müsabiqədə iştirak, qiymətləndirilmə və digər bütün prosedurlar
yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır. Portal vasitəsi
ilə aparılan məlumat mübadiləsi qanunvericilik tələblərinə uyğun
olaraq 3-cü tərəflərə açıqlanmır”, – məlumatda qeyd edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şamaxı şəhərinin baş
planının hazırlanmasının 981,8 min manata başa gələcəyini
proqnozlaşdırıb.