
Bakı.Trend:
Texniki nasaz avtomobilin yolda qalması nəqliyyat sıxlığının
yaranmasına səbəb olub.
Trend xəbər
verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzinin məlumat yayıb.
Bildirilib ki, paytaxtın Nərimanov rayonu, Heydər Əliyev
prospekti, “Bağırov”tunelin içərisində texniki nasaz avtomobil
qalıb. Bu səbəbdən mərkəz istiqamətində sıxlıq yaranıb.
Yol polisi əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması
üçün tədbirlər görülür.


