Azərbaycan Kuboku: Dörd komanda 1/8 finala vəsiqə qazanıb

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start
verilib.

Trend xəbər
verir ki, ilk oyun gününə nəzərdə tutulan 6 qarşılaşmadan 4-ü
yekunlaşıb.

Nəticələrə əsasən, “Kəpəz”, “İmişli”, “Şəfa” və “Baku Sportinq”
1/8 finala vəsiqə qazanıb. “Karvan Yevlax” – “Şəki Siti” oyununda
(1:1) isə hesab bərabər olduğundan əlavə vaxt oynanılır.

Azərbaycan Kuboku

II təsnifat mərhələsi

28 oktyabr

14:00. “Qaradağ Lökbatan” – “İmişli” – 2:3

Quba Olimpiya İdman Kompleksinin stadionu




14:00. “Göygöl” – “Baku Sportinq” – 0:2

Buzovna qəsəbə stadionu

14:00. “Cəbrayıl” – “Şəfa” – 0:3

Şamaxı Olimpiya İdman Kompleksinin stadionu

14:00. “Kəpəz” – “Ağstafa Gəncləri” – 6:1

Qəbələ şəhər stadionu

Qeyd edək ki, günün son oyununda “Turan Tovuz” “Dinamo” ilə
qarşılaşacaq. II təsnifat mərhələsinin oyunlarına oktyabrın 29-da
yekun vurulacaq.