DSMF sədri vətəndaş qəbulu keçirdi

Baş səhifə

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev Bakıda, eləcə də regionlarda qeydiyyatda olan vətəndaşları qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.

Qəbul zamanı vətəndaşlar pensiya, ünvanlı dövlət sosial yardımı və təqaüdlə bağlı müraciət ediblər.

Müraciətlərin hər biri qeydiyyata alınıb. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qisminin isə həll olunması üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıq verilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.