Zelenski Rusiyanın Avropada dondurulmuş aktivlərinin gələcək aqibəti barədə danışıb

Baş səhifə

Bakı. Trend:

Avropa dondurulmuş Rusiya aktivlərinin Ukraynaya ötürülməsi ilə
bağlı qərarın qəbuluna yaxındır.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, belə bir bəyanatla Ukrayna prezidenti
Volodimir Zelenski çıxış edib.




Zelenskinin fikrincə , gələcək liderlərin siyasəti necə
olursa-olsun, onlar Ukraynanın həmin pulları silahların alınmasına
və ya başqa məqsədlərlə istifadə edəcəyindən asılı olmayaraq bu
prosesi dayandıra bilməyəcəklər

“Putin üçün Rusiya aktivləri ilə bağlı qərarda ən qorxulu məqam
odur ki, Avropa artıq siqnal göndərib: Putinin Ukraynanı tükətmək
məqsədilə müharibəni davam etdirməsinin mənası yoxdur. Çünki
maliyyə tükənməsi baş verməyəcək. Bunu başa düşmək lazımdır”, –
deyə Zelenski vurğulayıb.