
Bakı. Trend:
Yaponiyanın Baş naziri Sanae Takaiçi və ABŞ Prezidenti Donald
Tramp iki ölkə arasında “ittifaqın yeni qızıl dövrü”nü əks etdirən
sazişlər və strateji əhəmiyyətli minerallar sahəsində əməkdaşlığa
dair memorandum imzalayıblar.
Trend xəbər verir ki,
imzalanma mərasiminin yayımını Ağ Evin mətbuat xidməti təmin
edib.
Donald Tramp bildirib ki, Vaşinqton Yaponiyadan “çox böyük
miqdarda” hərbi texnika sifarişi alıb. Onun sözlərinə görə, əldə
olunmuş ticarət razılaşması “tam ədalətli” xarakter daşıyır.

