Türkiyədə 37 qeyri-qanuni miqrant saxalanılıb

Baş səhifə
Türkiyədə 37 qeyri-qanuni miqrant saxalanılıb

Türkiyənin İzmir şəhərinin Aliağa sahillərində 37 qeyri-qanuni miqrant saxalanılıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, saxlanılan miqrantlardan 13-ü uşaqdır. Həmçinin boğulma təhlükəsiz il üzləşən 28 qeyri-qanuni miqrant xilas edilib. Onlardan 12-nin uşaq olduğu qeyd olunub.

Xatırladaq ki, oktyabrın 24-də Egey dənizinin Türkiyəyə aid hissəsində, Bodrum sahillərinə yaxın bölgədə qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 17 nəfər ölüb.