
Bakı. Trend:
“Barselona”nın gənc futbolçusu Dro Fernandes karyerasını
İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Trend xəbər verir ki, “Vest
Hem” ispaniyalı futbolçunu hücumameyilli yarımmüdafiəçini transfer
etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
London klubu yayda 17 yaşlı ön xətt oyunçusu üçün La Liqa
nəhəngi ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Dro Fernandes 2022-ci ildə “Barselona”nın
akademiyasına qoşulub. İspaniya U-18 millisinin üzvü bu mövsüm
Kataloniya təmsilçisinin əsas komandasının heyətində meydana
çıxdığı 2 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

