Ermənistanın Bərdə şəhərində törətdiyi terrordan 5 il ötür

Baş səhifə

Bakı. Trend:

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan
Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz
qalmasından beş il ötür.

Trend xəbər verir ki, 2020-ci il oktyabrın
28-də düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından
kənarda yerləşən Bərdə şəhərini raketlərlərlə atəşə tutub.

Ermənilər bu qanlı hücumu nəticəsində 21 nəfər şəhid olub, 70-ə
yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ
müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda)
Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya
hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər
yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə,
nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Ümumilikdə, 2020-ci il 27 sentyabr tarixində başlayıb və 44 gün
davam etmiş Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri və
qanunsuz silahlı birləşmələrinin mülki yaşayış məntəqələrini hədəfə
almaqla həyata keçirilmiş hərbi təcavüzü nəticəsində 93 nəfər mülki
şəxs (o cümlədən 54 kişi, 27 qadın və 12 uşaq) həlak olmuş, 444
nəfər (o cümlədən 268 kişi, 109 qadın və 67 uşaq) isə xəsarət
almışdır.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı Gəncədə mülki
əhaliyə qarşı törədilən bu terror əməllərinə görə ittiham olunan və
özünü Qarabağda separatçıların “prezidenti” adlandıran Araik
Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq
Bakıya gətirilib.