“Fənərbağça” “Qaziantep”i məğlub edib – Türkiyə Superliqası

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Türkiyə Superliqasında X tura yekun vurulub.

Trend xəbər verir ki, son
oyun günündə iki qarşılaşma keçirilib.

“Fənərbağça” səfərdə “Qaziantep”in qonağı olub. İstanbul
təmsilçisi rəqibinə 4:0 hesabı ilə qalib gəlib. Qolları Yussuf
En-Nesiri (2) və Anderson Taliska vurublar.




Bu qələbə ilə xallarını 22-yə çatdıran “Fənərbağça” 3-cü
pillədəki mövqeyini qoruyub. “Qaziantep” isə 17 xalla
altıncıdır.

Günün digər matçında isə “Samsunspor” “Rizəspor”la heç-heçə
edib.

Qeyd edək ki, turnir cədvəlinə 28 xalla “Qalatasaray” başçılıq
edir.