“Yuventus” yeni baş məşqçi axtarır

Baş səhifə

Bakı. Trend:

“Yuventus”un baş məşqçisi İqor Tudor yaxın zamanda postunu itirə
bilər.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, Turin təmsilçisi dünən A Seriyası oyununda
“Latsio”ya 0:1 hesabı ilə məğlub olub. Bu, komandanın ardıcıl
üçüncü məğlubiyyətidir.

Turinlilər ümumilikdə isə səkkiz oyundur ki, qələbə qazana
bilmir.