Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

Baş səhifə

Bakı. Trend:

Paytaxtın bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” İB
məlumat yayıb.




Bildirilib ki, Yasamal, Sabunçu və Xətai rayonlarında qaz
xətləri üzərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar
28.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının
dayandırılması planlaşdırılır.

“Təmir işləri aparılan müddətdə Yasamal rayonu üzrə Azadlıq,
Mətbuat, H.Cavid, Azərbaycan və Bülbül prospektlərinin, eləcə də
M.Müşfiq, N.Nərimanov, İ.Qutqaşınlı, Ə.Ələkbərov, A.Sultanova,
M.Fətəli, A.Şaiq, M.Muxtarov, M.Rahim, Zərgərpalan, S.Dağlı,
T.Xəlilbəyli, İ.Səfərli, Nizami, Ü.Hacıbəyov, S.Vurğun, Xəqani,
R.Behbudov, R.Rza, Mərdanov qardaşları, İçərişəhər və Rastropoviç
küçələrinin, Sabunçu rayonu üzrə Pirşağı qəsəbəsi, Qurtuluş və
K.Kərimov küçələrinin, Maştağa qəsəbəsi, Gülçülük Sovxozunun, Xətai
rayonu üzrə isə H.Salmani küçəsinin qaz təchizatında müvəqqəti
fasilə yaranacaq”,- deyə əlavə edilib.