Kannavaro məşqçi heyəti ilə Daşkəndə yollanıb

Baş səhifə

Bakı. Trend:

Özbəkistanın Futbol üzrə milli komandasının baş məşqçisi postuna
əsas namizə olan keçmiş italiyalı ulduz futbolçu Fabio Kannavaro öz
məşqi heyəti ilə birlikdə Daşkəndə gəlib.

Trend xəbər verir
ki, bu barədə Özbəkistanın Futbol Assosasiyasının mətbuat xidməti
məlumat yayıb.

Məlumata görə, Özbəkistan milli yığmasının baş məşqçisi postuna
namizəd olan Fabio Kannavaro öz məşqçi heyəti ilə Daşkəndə
gedib.




Bundan əvvəl assosasiya italiyalı mütəxəssislə danışıqların
aparıldığını təsdiqləmişdi.

Qeyd edək ki, Kannavaro hal-hazırda 52 yaşındadır. Məşqçi
karyerası ərzində “Udineze”, “Benevento”, “Əl-Nəsr” , bundan başqa
Çinin “Quançjou” və “Tyantsin” klublarına başçılıq edib. Onun
sonuncu iş yeri Zaqrebin “Dinamo” klubu olub.