Polad incəsənətə çevriləndə “Baku Steel Art” 2-ci Beynəlxalq Metal Simpoziumu öz işinə başlayıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakıda genişmiqyaslı mədəni festival olan Fly to
Baku. Art Weekend. Sense the Future NOW”
çərçivəsində
keçirilən “Baku Steel Art” 2-ci Beynəlxalq Metal Simpoziumu öz
işinə başlayıb.

“Baku Steel Company” QSC
“QGallery” tərəfindən birgə təşkil olunan
simpozium Azərbaycan, Pakistan, Türkiyə, Rumıniya, Almaniya,
Serbiya, İran və Özbəkistan daxil olmaqla, 8 ölkədən 14 sənətkarı
yaradıcılıq dialoqu məkanında birləşdirir. Bu beynəlxalq layihə
metallurgiya ilə incəsənətin qarşılıqlı əlaqəsini nümayiş etdirərək
ətraf mühitə qarşı məsuliyyətli münasibətə ruhlandırır və dayanıqlı
inkişaf ideyalarını təşviq edir. Simpozium ekoloji məsuliyyətin
artan əhəmiyyətini vurğulayır və qlobal ekoloji çağırışlar
kontekstində bədii təxəyyül ilə sənaye innovasiyaları arasında yeni
baxış bucağı açır.

Bir neçə gün ərzində iştirakçılar metalı ifadəli sənət
əsərlərinə transformasiya edərək, ekoloji davamlılıq, materialların
təkrar emalı və texnologiya ilə yaradıcılıq arasında dialoq kimi
müasir dövrün əsas mövzularını əks etdirən monumental
instalyasiyalar, incə kompozisiyalar və konseptual obyektlər
yaradırlar. Metal cilalanmasının səsində və qaynaq alovlarının
qığılcımında metal poetik bir ölçü qazanır – ilhamlandıran,
təsirləndirən və düşündürən bir ifadə vasitəsinə çevrilir.
Simpozium başa çatdıqdan sonra əsərlər Bakı Bulvarının (daha ətraflı festivalın
saytında
) açıq hava sərgi məkanlarında nümayiş etdiriləcək, bu
da tamaşaçılara şəhərin mərkəzində sənətkarlıq, texnologiya və
incəsənətin vəhdətindən yaranan ab-havaya qərq olmağa imkan
verəcək.

“Fly to Baku. Art Weekend” festivalının bir hissəsi
olan simpozium, 31 oktyabr – 2 noyabr tarixləri arasında keçirilir
və Bakının ən simvolik məkanlarında 40-dan çox sərgi, performans və
maarifləndirici təşəbbüsləri birləşdirəcək çoxsahəli mədəni
proqramın mühüm elementidir.

Qeyd edək ki, ötən il 17-30 sentyabr 2024-cü il tarixləri
arasında Bakıda regionda ilk dəfə beynəlxalq metal simpoziumu –
“Baku Steel Art 2024” baş tutmuşdu. Simpoziuma Azərbaycan,
Gürcüstan, Türkiyə, Rumıniya, İsrail, Hindistan və Bolqarıstan
daxil olmaqla, 7 ölkədən 12 sənətkar qatılmışdı.




Təşkilatçılar haqqında:

Baku Steel Company – Qafqaz regionunun
aparıcı metallurgiya müəssisəsi olub, innovativ texnologiyaları,
ekoloji məsuliyyət və sənaye ilə incəsənət arasında əməkdaşlığı
təşviq edən layihələrə dəstəyi ilə tanınır.

QGallery – 1999-cu ildə Bakıda təsis edilmiş,
həm tanınmış ustadları, həm də gənc rəssamları təmsil edərək yerli
və beynəlxalq incəsənət səhnələrini birləşdirən Azərbaycanın müasir
incəsənət sahəsində ən nüfuzlu platformalarından biridir.

Festivalın konteksti:

Fly to Baku. Art Weekend. Sense the Future NOW – Bakını
yaradıcılıq, irs və ekoloji düşüncənin canlı kətanına çevirən
beynəlxalq incəsənət və mədəniyyət festivalıdır. Su metaforasından
və Xəzər dənizinin obrazından ilhamlanan festival yaddaş və
təxəyyülü, ənənə və müasirliyi, təbiət və innovasiyanı, incəsənət
və gələcəyi birləşdirir.