Abşeronda gənc qadın eyvandan yıxılaraq ölüb

Baş səhifə
Abşeronda gənc qadın eyvandan yıxılaraq ölüb

Abşeron rayonunun Şəfəq qəsəbəsində bədbəxt hadisə baş verib.

“Report”un yerli bürosu məlumat verir ki, 2004-cü il təvəllüdlü qəsəbə sakini Əbilova Kəmalə Tariyel qızı yaşadığı çoxmərtəbəli binadakı mənzilinin eyvanından yıxılaraq həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.