Sanksiyalar fonunda Rusiyanın fond birjası çöküb

Baş səhifə

Bakı. Trend:

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyalar fonunda
Moskvanın fond birjası çöküb.

Trend Rusiya KİV-ə
istinadən xəbər verir ki, 2024-cü ildən bəri ilk dəfə olaraq
birjanın əsas indeksi olan IMOEX2 – 2500 bənd aşağı düşüb.




Moskva Birjasının indeksi Bakı vaxtı ilə saat 10:41-ə olan
məlumata görə, əvvəlki bağlanışla müqayisədə 1,56% azalaraq 2504,25
bəndə düşüb. Qısa müddət əvvəl göstərici ötən ilin 20 dekabr
tarixindən bəri ən aşağı səviyyəsini yeniləyərək 2499,22 bəndədək
enib.

Bundan əlavə, Rusiyanın dövlət istiqrazları indeksi olan RGBI də
azalma nümayiş etdirərək 114 bəndə düşüb ki, bu da ötən həftə ilə
müqayisədə təxminən 2,5 bənd aşağıdır.