Cari ilin doqquz ayı ərzində Azərbaycandan Türkiyəyə ixrac olunan neftin həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə 59
milyon ABŞ dolları dəyərində 119,5 min ton bitum süxurlardan əldə
olunmuş xam neft və neft məhsulları ixrac olunub.

Trend Dövlət
Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu göstərici 2024-cü
ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 134 milyon ABŞ
dolları və ya 69,4 faiz, həcm baxımından isə 233 min ton və ya 66,9
faiz azdır.

Ötən ilin ilk doqquz ayı ərzində Azərbaycandan Türkiyəyə 193
milyon ABŞ dolları həcmində 352,5 min bitum süxurlardan əldə
olunmuş neft və neft məhsulları ixrac olunmuşdu.




Qeyd etmək lazımdır ki, cari ilin yanvar-sentyabr aylarında
Azərbaycandan 20 ölkəyə ümumilikdə 8,939 milyard ABŞ dolları
dəyərində 16,996 milyon ton xam neft və bitumlu süxurlardan alınan
neft məhsulları ixrac edilib.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə dəyər ifadəsində 2,069 milyard ABŞ dolları, yəni 18,8%
və kəmiyyət baxımından 613 min ton, yəni 3,5% azdır.