Keşlə qəsəbəsi ərazisində yanğın olub (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində tikinti
materiallarının yanması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar
dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
qüvvələri cəlb olunub.

Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində
yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə
söndürülüb.




Yanğın nəticəsində ümumi sahəsi 400 kv.m olan talvar altına
yığılmış tikinti materialları 150 kv.m sahədə və yaxınlıqda
dayanmış “Mercedes” markaklı minik avtomobilinin salon hissəsi
qismən yanıb.

Tikinti materialları və avtomobilin qalan hissəsi, ətraf
ərazilər yanğından mühafizə olunub.