Gəncədə ölüm ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Baş səhifə

Bakı. Trend:

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliiyat hadisəsi
baş verib.

Trend xəbər verir ki, oktyabrın 25-də saat 22 radələrində
2006-cı il təvəllüdlü, Gəncə şəhəri, A.Əhmədov küçəsi, ev 82-də
yaşayan Süleymanov Rəsul Ramin oğlu idarə etdiyi “Toyota Prius”
markalı avtomobil ilə Gəncə şəhəri, P.Səmədov küçəsi ilə hərəkətdə
olub, H.Əliyev küçəsinə sola dönmə əməliyyatı yerinə yetirərkən,
yolu keçmək istəyən piyada 1956-cı il təvəllüdlü Bağırov Natiq
İlyas oğlunu vurmuş, nəticədə sonuncu aldığı xəsarətlərdən
xəstəxanaya aparılarkən vəfat etmişdir.




Faktla bağlı CM-in 263.2-ci maddəsi ilə cinayət işi
başlanıb.