“Sabah”ın U-12 komandası “Antalya Friendship Cup” turnirinin qalibi olub

Baş səhifə

Bakı. Trend:

Türkiyənin Antalya şəhərində keçirilən “Antalya Friendship Cup”
turnirinə yekun vurulub.

Trend-in
məlumatına görə, “Sabah”ın U-12 komandası yarışda uğurlu çıxış
nümayiş etdirib. Məhərrəm Müslümzadənin başçılıq etdiyi komanda
qrup mərhələsini birinci pillədə başa vurub.




Yarımfinalda Litvanın “Margiris”, finalda isə Rusiyanın “Yunayted Yekaterinburq” komandalarını məğlub edən “Sabah” turnirin
qalibi olaraq çempion titulunu qazanıb.