Bakı. Trend:
19 oktyabrda Luvr muzeyində baş verən oğurluqla şübhəli bilinən
ən azı bir nəfər həbs edilib.
Trend-in məlumatına görə, bu barədə “France Inter” istintaqa
yaxın mənbəyə istinadən xəbər verib.
“Le Figaro” qəzeti qeyd edib ki, ikinci şübhəli Sen-Sen-Denis
departamentində saxlanılıb. İş üzrə ümumilikdə dörd şübhəli şəxs
axtarışa verilib.
Həbs prosessi 25 oktyabr axşamı Parisin Rua-Şarl de Qoll hava
limanında baş tutub. Saxlanılanlar mütəşəkkil oğurluq və sui-qəsd
ittihamları ilə həbs olunublar. İki şübhəli şəxsin axtarışı davam
edir.

