
Musiqinin gücü xalqlarımız, mədəniyyətlərimiz və ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirir.
“Report” xəbər verir ki, bu fikir İsrailin Azərbaycandakı səfirliyinin “X”dəki hesabında Bakı Caz Festivalı 2025-lə bağlı paylaşımında yer alıb.
Qeyd olunub ki, İsrailin Azərbaycandakı Səfirliyi mədəni mübadiləni davam etdirməkdən və Bakı Caz Festivalı 2025-i dəstəkləməkdən məmnunluq duyur: “Açılış axşamı İsraildən gəlmiş Yogev Shetrit Trio qrupunun caz və Yaxın Şərq ritmlərinin zəngin sintezindən ibarət möhtəşəm çıxışı ilə yadda qaldı”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


