ABŞ Yaponiya və Cənubi Koreya ilə ticarət müqavilələri bağlamağa yaxındır – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ tezliklə Asiyadakı bir sıra tərəfdaşları, o cümlədən
Yaponiya və Cənubi Koreya ilə ticarət müqavilələri bağlayacaq və ya
bağlamağa yaxın olacaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp
Kuala Lumpurda keçirilən Cənub-Şərqi Asiya Dövlətləri
Assosiasiyasının (ASEAN) sammitində bildirib.




“Cənub-Şərqi Asiya Amerikanın ən vacib müttəfiqlərindən və
tərəfdaşlarından biridir. Bütün dünya sizə baxır”, – deyə o,
ASEAN-ABŞ sammitində çıxış edərkən bildirib.

“Bu həftə Malayziya ilə razılaşmaya əlavə olaraq, Kambocadan
Yaponiyaya və Cənubi Koreyaya qədər Hind-Sakit Okean bölgəsindəki
bir çox digər tərəfdaşlarımızla ticarətlə bağlı [müqavilələr]
imzaladığımızdan və ya yaxınlaşdığımızdan məmnunuq”, – deyə D.Tramp
bildirib. O qeyd edib ki, Vaşinqton enerji, texnologiya, süni
intellekt, vacib minerallar və digər sənaye sektorlarında
əməkdaşlığı inkişaf etdirmək istəyir.