Bakıda su anbarına yıxılan şəxs xilas edilib

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
paytaxtın Səbail rayonu, Badamdar şosesi, 216 ünvanında vətəndaşın
köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar dərhal
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə
cəlb olunub.




Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub
ki, vətəndaş – 1960-cı il təvəllüdlü Məmmədov Məhəmməd Mərdan oğlu
dərinliyi 3.5 metr olan və ehtiyat su anbarı kimi nəzərdə tutulan
tikiliyə yıxılaraq müxtəlif bədən xəsarətləri ilə köməksiz
vəziyyətdə qalıb.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə vətəndaşı
xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.