
Bakı. Trend:
İtaliyanın cənubundakı İrpiniya bölgəsində 4 bal gücündə zəlzələ
baş verib.
Trend xəbər verir ki,
episentri Moefredan şəhərindən bir kilometr aralıda olan yeraltı
təkan 14 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ Kampaniya
regionunda, eləcə də Neapol, Salerno və Beneventoda aydın hiss
olunub. Sakinlər qorxu və təşvişlə küçələrə axışıblar.
İlkin araşdırmalara görə, dağıntı və tələfat yoxdur. Montefredan
meri bazar ertəsi günü məktəblərin ehtiyat tədbiri olaraq tətil
edildiyini açıqlayıb.
İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun (INGV)
məlumatına görə, son iki gündə bölgədə 3,4-3,9 bal arasında 3
zəlzələ qeydə alınıb.


