Beyləqanda avtomobilin vurduğu şagird komaya düşüb

Baş səhifə
Beyləqanda avtomobilin vurduğu şagird komaya düşüb

Beyləqanın Dünyamalılar kəndi ərazisində 10 yaşlı uşağı avtomobil vurub.

“Report”un Qarabağ Bürosu xəbər verir ki, rayon sakini Rasim Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 2015 -ci il təvəllüdlü Salahlı Adəm Rövşən oğlunu vurub.

TƏBİB-dən “Report”a bildirilib ki, azyaşlı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona qapalı kəllə-beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub. Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanıb.