
Bakı. Trend:
“Yuventus”un futbolçusu Kenan Yıldız karyerasını İspaniya La
Liqasında davam etdirə bilər.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Real” türkiyəli vingerin
xidmətində maraqlıdır.
“Kral klubu”nun baş məşqçisi Xabi Alonso Kenanın transferində
israrlıdır. İspan mütəxəssis rəhbərlikdən 20 yaşlı ön xətt
oyunçusunun komandaya cəlb olunmasını istəyib. “Real” gənc futbolçu
üçün onun klubuna 100 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Kenan Yıldız bu mövsüm “Yuventus”un heyətində
meydana çıxdığı 14 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə
yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına
kimidir.

