Sudanda 9 milyondan çox insan humanitar yardıma möhtacdır – BMT koordinatoru

Baş səhifə

Bakı. Trend:

Sudanda baş verən daşqınlar və artıq mövcud humanitar böhran
nəticəsində təxminən 9,3 milyon insan yardıma ehtiyac
halındadır.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər
Təşkilatının Cənubi Sudan üzrə humanitar yardım koordinatoru Anita
Kiki Qbeho bildirib.

O vurğulayıb ki, 6 bölgə daşqınlardan ciddi şəkildə zərər görüb,
zərər çəkən insanların sayı 960 minə yaxındır.




“Daşqınlardan zərər görən insanların 92%-dən çoxu Conglei və
Unity bölgələrindədir. 143 səhiyyə müəssisəsi ziyan görüb,
bunlardan 44-ü tamamilə su altında qalıb. Leer bölgəsində təxminən
63 min insan daşqınlardan təsirlənib, 23 min nəfər məcburi
köçkünlər sırasına qoşulub”.

Qbeho əlavə edib ki, Cənubi Sudandakı iqtisadi böhran, yüksək
inflyasiya (təxminən 100 %), azalan neft gəlirləri və siyasi
gərginliklər vəziyyəti daha da ağırlaşdırıb. Əhalinin təxminən 92
%-i yoxsulluq səviyyəsinin altında yaşayır.