
Bakı. Trend:
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Tbilisidə
üç Çin vətəndaşını saxlayıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Xüsusi xidmət orqanının məlumatına görə, onlar iki kiloqram
uranı qanunsuz yolla əldə edərək Rusiya üzərindən vətənlərinə
aparmağı planlaşdırıblar.
Şübhəlilər nüvə materialını 400 min ABŞ dollarına almaq
niyyətində olublar.
Əməliyyat Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat və
xüsusi əməliyyatlar departamentləri tərəfindən birgə həyata
keçirilib.


