“Wyndham Garden Baku” hoteli bu gün 3 yaşını qeyd edir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Ölkəmizdə fəaliyyət göstərən “Wyndham Garden Baku” hoteli bu gün
3 yaşını qeyd edir. Turistlərin rahatlığını düşünərək onlar üçün
hər cür şərait yaradan “Wyndham Garden Baku” hoteli 25 oktyabr
2022-ci ildən fəaliyyət göstərir. Hotelin rəsmi açılış mərasimi 27
yanvar 2023-cü ildə baş tutub.

Hotel, ümumi 88 otaq, konfrans, 15 nəfərlik iclas zalı, banket
zalları, bura daxildir “Xan Çinar” zalı 100-160 nəfərlik, “Şam”
zalı 40-60 nəfərlik, restoran, SPA və Fitness xidmətlərini
qonaqlara təklif edir. Ən əsası isə hava limanından və şəhər
mərkəzindən cəmi 15 dəqiqə məsafədə yerləşən “Wyndham Garden Baku”
hotelində, qonaqların rahatlığını nəzərə alaraq xüsusi transfer
xidməti fəaliyyət göstərir. “Wyndham Garden Baku” hotelində 100
nəfərə yaxın peşəkar və gülərüz personal çalışır.

“Wyndham Garden Baku”hoteli müxtəlif tədbirlərin, əlamətdar
günlərin, banketlərin və şənliklərin keçirilməsinə tam
uyğundur.

Hoteldəki “Magnolia”restoranının təcrübəli aşpazları tərəfindən
hazırlanan milli və xarici təamlar, öz dadı ilə sizi məftun
edəcək.




Bundan başqa hotelin tərkibində fəaliyyət göstərən “Olive SPA &
Wellness” mərkəzi, qonaqların asudə vaxtının həm maraqlı, həm də
faydalı keçirməsi üçün nəzərdə tutulub. Burada 25 m uzunluğunda
hovuz, kardio və fitness zalları, fin və rus saunaları (bura
daxildir kisə, köpüklü masaj və bədən skrabı xidmətləri) və türk
hamamı, çoxsaylı masaj və müalicə otaqları qonaqların tam
ixtiyarına verilib. Həmçinin “Vitamin Bar” ilə idman zalı, fitnes
xidmətləri də var ki, siz peşəkar təlimçilərlə istədiyiniz bədən
formasına sahib ola bilərsiz.

Qeyd edək ki, “Wyndham Garden Baku” hoteli Azpetrol şirkətinə
məxsusdur.

“Wyndham Garden Baku” hoteli ilin bütün fəsillərində qonaqlara
yüksək səviyyədə xidmət göstərməyə tam hazırdır.