ABŞ Kolumbiya prezidentini sanksiya siyahısına daxil edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Maliyyə Nazirliyi Xarici Aktivlərə Nəzarət Ofisinin ki,
Kolumbiya Prezidenti Qustavo Pedro, həyat yoldaşı Veronika del
Socorro Alcocer Qarcia, oğlu Nikolas Pedro və daxili işlər naziri
Armando Benedetti “xüsusi təyin edilmiş şəxslər siyahısı”na daxil
ediliblər və bu şəxslərə qarşı sanksiyalar tətbiq olunacaq.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi
Xarici Aktivlərə Nəzarət Ofisinin yazılı açıqlamasında
bildirilir.




Maliyyə naziri Scott Bessent açıqlamasında bildirib ki, Pedro
hakimiyyətə gəldiyi vaxtdan bəri Kolumbiyada kokain istehsalı
onilliklər ərzində ən yüksək səviyyəyə çatıb, Pedro narkotik
kartellərin artmasına imkan yaradıb və bu fəaliyyətləri
dayandırmaqdan imtina edib.