
Bakı. Trend:
ABŞ ordusu federal hökumətin qismən bağlanması zamanı işçilərin
əmək haqqını ödəmək məqsədilə 130 milyon dollar məbləğində anonim
ianə alıb.
Trend xəbər verir
ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentlik Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr üzrə
köməkçisi Şon Parnellin sözlərinə istinadən bildirib ki, “23
oktyabr 2025-ci ildə Müdafiə Nazirliyi 130 milyon dollarlıq anonim
ianə qəbul edib”.
Parnell vurğulayıb ki, ianə “hərbi maaşların və müavinətlərin
xərclərini kompensasiya etmək üçün istifadə olunacaq”.
Qeyd edək ki, bu məbləğ 1,3 milyon aktiv xidmət edən əsgərin
xərclərinin yalnız kiçik hissəsini ödəyəcək. Ötən ay Pentaqon əmək
haqqına təxminən 9,8 milyard dollar xərcləyib.

