Bakıda avtobus parkı üçün 1,2 milyon manata elektrik doldurma stansiyaları quraşdırılacaq

Baş səhifə

Bakı. Trend:

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində inşasına başlanılmış
Albalılıq avtobus parkı üçün elektrik doldurma stansiyaları
quraşdırılacaq.

Trend-in
məlumatına görə, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC)
bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Belə ki, “BakuBus” sözügedən işlərin icrasını “Electrify
Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və
müqavilə bağlayıb.




Müqaviləyə əsasən, şirkətə 1,2 milyon manat ödənilib.

İşlərin həvalə olunduğu şirkət 2020-ci ildə dövlət qeydiyyatına
alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi
Rüstəmov Tariyel Nazim oğludur.