Lənkəranda kişini elektrik cərəyanı vurdu

Baş səhifə

Lənkəranda elektrik cərəyanı vurma hadisəsi olub.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun ucqar dağ kəndi olan Gərgiranda qeydə alınıb.

Belə ki, mobil operatorlardan birinin enerji mühəndisi vəzifəsində çalışan Cəlilabad rayonunun Günəşli kənd sakini, 1986-cı il təvəllüdlü Rusif Əmənovu elektrik cərəyanı vurub.

O ətrafda olan şəxslərin köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda ağır vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsində müalicə olunur.

Faktla bağlı araşdırma aparılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.