Vəkil Zabil Qəhrəmanov saxlanılıb – YENİLƏNİB

Baş səhifə

Vəkil Zabil Qəhrəmanov xuliqanlıqda ittiham olunur.

APA-nın əldə etdiyi məlumata görə, o, avtoyuma məntəsində bir nəfərlə mübahisə edərək ona xəsarət yetirib.

Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Emin Şirvanzadə

***

13.52

Gəncədə tanınmış vəkil saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, tanınmış vəkil Zabil Qəhrəmanovun ötən gün saxlanıldığı bildirilir.

Məlumata görə, Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Vəkilin hansı səbəbdən saxlanılması məlum deyil.

Qeyd edək ki, bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.