
Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə Türkiyənin Qars vilayətində təşkil olunan üçtərəfli “Eternity-2025” kompüter dəstəkli komanda qərargah təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun komandanı general-mayor Kənan Seyidov, Azərbaycan Respublikasının Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər ölkələrdən olan yüksək səviyyəli qonaqlar iştirak ediblər.
Yüksək səviyyəli qonaqlar komanda məntəqəsində təlimin gedişatını izləyiblər.
Üçtərəfli “Eternity – 2025” kompüter dəstəkli komanda qərargah təliminin gedişatı və iştirakçı ölkələrin hərbi qulluqçularının peşəkarlığı yüksək qiymətləndirilib.
Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.
MƏLUMAT YENİLƏNİR…
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


