Rusiyada qidadan zəhərlənənlərin sayı 165 nəfərə çatıb

Baş səhifə
Rusiyada qidadan zəhərlənənlərin sayı 165 nəfərə çatıb

Rusiya Federasiyasının Buryatiya Respublikasında fast-fuddan zəhərlənənlərin sayı 159 nəfərdən 165-ə çatıb.

“Report”un xəbərinə görə, bu barədə yerli media regional Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, zəhərlənənlər arasında 92 uşaq var.

Nazirlik əlavə edib ki, Respublika Klinik Yoluxucu Xəstəliklər Xəstəxanasına 82 nəfər yerləşdirilib, onlardan 32-si qənaətbəxş vəziyyətdə evə buraxılıb.

Kəskin bağırsaq infeksiyası əlamətlərinin müşahidə olunduğu ilk zərərçəkənlər oktyabrın 18-də axşam tibb müəssisəinə müraciət etməyə başlayıblar.