
UEFA Avropa Liqasındakı görüşün son dəqiqələrində “Fənərbaxça”dan İsmayıl Yüksək ilə “Ştutqart”dan Deniz Undav arasında mübahisə olub.
Metbuat.az xəbər verir ki, hakimin final fitindən dərhal sonra isə gərginlik davam etdi və bu dəfə “Fənərbaxça”dan Edson Alvares ilə “Ştutqart”ın futbolçusu Yulian Şabot arasında mübahisə baş verdi.
Hər iki tərəfin oyunçuları vəziyyətin böyüməsinin qarşısını almaq üçün araya girdilər və insident qısa müddətdə nəzarət altına alındı.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


