Zelenski Rusiya və ABŞ prezidentlərinin görüşünün pozulmasında əli olduğunu iddia edib

Baş səhifə
Zelenski Rusiya və ABŞ prezidentlərinin görüşünün pozulmasında əli olduğunu iddia edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya liderləri Donald Trampla Vladimir Putinin Budapeştdə keçirilməli olan görüşünün ləğvində əli olduğunu iddia edib.

“Report”un məlumatına görə, bu barədə o, Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

“Rusiyanın enerji sektoruna qarşı sanksiyalar tətbiq edilib. Macarıstanda Ukraynasız görüş olmayacaq. Hələ ki, “Tomahawk” raketləri yoxdur. Nəticə budur. Düşünürəm ki, bu, pis deyil”, – Zelenski Trampla görüşünün nəticələrini şərh edərkən deyib.

Xatırladaq ki, oktyabrın 16-da Tramp Putinlə telefon danışığından sonra iki tərəfin Budapeştdə görüşmək barədə razılığa gəldiyini açıqlayıb. Oktyabrın 17-də Ağ Evdə Zelenski ilə görüşdə Tramp ona Putinlə söhbətinin nəticəsi barədə məlumat verib.

Oktyabrın 23-də isə Amerika lideri rəsmi Moskvanın Rusiya-Ukrayna münaqişəsindəki barışmaz mövqeyinə görə Putinlə Macarıstan paytaxtında keçirilməsi planlaşdırılan görüşü ləğv etdiyini açıqlayıb.