
Bakı. Trend:
Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya
olunmuş daha 6 nəfər vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial
xidmət müəssisəsinə yerləşdirilib.
Trend
xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, onlardan 4-ü uşaq, 2-si isə qadındır.
Repatriasiya olunmuş şəxslərlə hazırda Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin
müvafiq sosial xidmət müəssisəsində qiymətləndirmə işləri aparılır,
onlara ilkin tibbi, sosial-psixoloji dəstək göstərilir.
Növbəti mərhələdə isə repatriasiya olunmuş şəxslərin Agentliyin
sosial işçiləri və psixoloqları tərəfindən sosial-psixoloji
vəziyyətləri qiymətləndiriləcək.

