Gələn il Azərbaycanın xarici yardımlara xərcləyəcəyi vəsait məlum olub

Baş səhifə

Bakı. Trend:

2026-cı ildə Beynəlxalq münasibətlər, xarici yardımlar və
Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrinin
saxlanılması ilə bağlı xərclər məlum olub.

Trend-in
məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.




Layihədə bildirilib ki, 2026-cı ilin dövlət büdcəsinin
layihəsində beynəlxalq münasibətlər (o cümlədən, beynəlxalq və
regional təşkilatlara üzvlük haqqı və maliyyə institutlarının
(maliyyə-kredit təşkilatlarının) səhm kapitalında iştirakı,
Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və
konsulluqlarının saxlanılması, beynəlxalq fəaliyyət və bu qəbildən
olan digər tədbirlər, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi
ilə bağlı xərclər), xarici yardımlar və Azərbaycan Respublikasının
xaricdəki ticarət nümayəndələrinin saxlanılması ilə bağlı xərclər
üzrə 549,5 milyon manat məbləğində vəsait proqnozlaşdırılmışdır ki,
bu da 2025-ci illə müqayisədə 14,2 milyon manat və ya 2,7 faiz
çoxdur.

Bu xərclərin 215,0 milyon manatı Azərbaycan Respublikasının
xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının
saxlanılması xərclərinə (2025-ci illə müqayisədə 10,0 milyon manat
və ya 4,9 faiz çox), 23,5 milyon manatı beynəlxalq və regional
təşkilatlara üzvlük haqqı ilə bağlı xərclərə, 38,0 milyon manatı
beynəlxalq və regional maliyyə institutlarının (maliyyə-kredit
təşkilatlarının) səhm kapitalında iştirakı ilə bağlı xərclərə, 7,0
milyon manatı beynəlxalq fəaliyyət və bu qəbildən olan digər
tədbirlərlə bağlı xərclərə, 239,0 milyon manatı beynəlxalq
səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclərə, 19,0 milyon
manatı xarici yardımlar üzrə xərclərə, 8,0 milyon manatı isə
Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrinin
saxlanılması üzrə xərclərə yönəldiləcəkdir.