Evlərini kirayə verənlərdən vergi tutulacaq

Baş səhifə

Bakı. Trend:

Fiziki şəxslərə məxsus yaşayış sahələrinin kirayəyə
verilməsindən vergi tutulacaq.

Trend-in
məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.




Layihədə bildirilib ki, fiziki şəxslərə məxsus yaşayış
sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən
yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə
verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz
dərəcə ilə vergi tutulacaq.